Logo

Fahriye Evcendən oğlu Karanla səmimi paylaşım - FOTO

Fahriye Evcendən oğlu Karanla səmimi paylaşım - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məşhur aktrisa Fahriye Evcen yay tətilini oğulları ilə birlikdə davam etdirir. O, oğlu Karanla çəkdirdiyi səmimi fotonu sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Sfera.az xəbər verir ki, 2017-ci ildə Burak Özçivit ilə ailə quran Fahriye Evcen 2019-cu ildə ilk övladları Karanı, 2023-cü ildə isə ikinci oğulları Keremi qucaqlarına alıblar.

Yeni mövsümdə “Hamal” serialı ilə tamaşaçı qarşısına çıxmağa hazırlaşan Fahriye Evcen hazırda tətilini davam etdirir.

Aktrisa oğlunun əyləncəli anlarını “Dəyərli” sözləri və ürək emojisi ilə paylaşaraq izləyicilərinin diqqətini çəkib. Səmimi ana-oğul görüntüsü qısa zamanda böyük marağa səbəb olub.

Mənsumə

Sfera.az

Fahriye Evcendən oğlu Karanla səmimi paylaşım - FOTOFahriye Evcendən oğlu Karanla səmimi paylaşım - FOTO
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR