Süni intellekt arzunuzun gerçəkləşdiyi anı da göstərir

Süni intellekt arzunuzun gerçəkləşdiyi anı da göstərir
Kateqoriya məlum deyil
T

Sosial mediada viral olan “Bir gecə ulduz axması görüb arzu tutsaydım…” komandası istifadəçilərə süni intellekt vasitəsilə ən böyük arzularını və həmin arzunun gerçəkləşdiyi anı vizuallaşdırmağa imkan verir.

Sfera.az xəbər verir ki, süni intellekt alətləri istifadəçilərin marağına səbəb olan yeni trendlər yaratmağa davam edir. Son günlərdə sosial mediada geniş yayılan trendlərdən biri də şəxsi arzu və xəyalları süni intellekt vasitəsilə vizual hekayəyə çevirən “ulduz axması” axınıdır.

İstifadəçilər göydə ulduz axdığı anda arzu tutduqlarını təsəvvür edir və həmin arzunun gerçəkləşdiyi anı real görüntüyə yaxın şəkildə hazırladırlar. Kimiləri sevgi, evlilik və ailə ilə bağlı arzularını, kimiləri isə karyera, səyahət və uzun müddətdir həyata keçirmək istədikləri xəyallarını seçir.

Viral olan komanda belədir:

“Bu gecə bir ulduz axması görüb arzu tutsaydım, arzumun gerçəkləşmiş halını tək bir görüntü ilə göstər. Nə arzuladığımı mənə demə. Heç bir açıqlama vermə, sadəcə görüntü yarat.”

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR