Rihanna övladlarının şəkillərini paylaşdı - Fotolar

Rihanna övladlarının şəkillərini paylaşdı - Fotolar
Kateqoriya məlum deyil
T

Amerikalı müğənni Rihanna üç övladını Barbadosda böyüdüyü küçədə gəzintiyə çıxarıb.

Sfera.az bildirir ki, müğənni “Rihanna Drive” adlandırılan Westbury New Roada səfəri zamanı oğulları Riza (4), Riot (2) və 10 aylıq qızı Roki Ayriş ilə birlikdə poza verib.

"Gah özümü Uestburidən olan uşaq kimi hiss edirəm...Gah uşaqlarımı “Rihanna Drive”a qaytarıram. Həyat beləcə davam edir”! - deyə ulduz “İnstaqram”da balacaları ilə poza verdiyi şəkillərə başlıq yazıb.

Müğənni və uşaqları yerdə "Rihanna" yazısı olan lövhənin yanında poza veriblər. Lövhə darvaza ilə əhatə olunmuş və rəngarəng bir evin qarşısında quraşdırılmışdır.

Qeyd edək ki, 2017-ci ildə Barbados ölkənin Müstəqillik Günü münasibətilə bir küçəyə Rihannanın adını verib.

Ulduz uzun müddətdir reper A$AP Rocky ilə birlikdədir. Cütlüyün üç övladı var: 2022-ci il təvəllüdlü Ris Athelston Mayers, 2023-cü il təvəllüdlü Riot Rouz Mayers adlı oğulları və 13 sentyabr 2025-ci ildə Roki Ayriş Mayers adlı qızları dünyaya gəlib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR