ABŞ və İran atəşkəsi uzatmaq barədə razılığa gəldi

ABŞ və İran atəşkəsi uzatmaq barədə razılığa gəldi
Kateqoriya məlum deyil
T

ABŞ və İran arasında davam edən atəşkəs prosesi ilə bağlı yeni razılaşma əldə olunub. Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar çərçivəsində tərəflərin mövcud atəşkəsin müddətini uzatmaq barədə razılığa gəldiyi bildirilib.

Sfera.az xəbər verir ki, Pakistan hökumətinin mənbələri Anadolu Agentliyinə açıqlamasında Vaşinqton və Tehranın atəşkəsin davam etdirilməsi məsələsində razılığa gəldiyini bildirib.

Pakistanın vasitəçiliyi ilə əldə olunan İslamabad Mutabakatı çərçivəsində tərəflərə 60 günlük müddət müəyyən edilib. Bu müddətin gələn həftə başa çatması gözlənilirdi.

Mənbələrin məlumatına görə, müddətin bitməsinə az vaxt qalmış tərəflər atəşkəsin davam etdirilməsi barədə razılığa gəliblər.

Pakistan ABŞ və İran arasında gərginliyin azaldılması və danışıqların davam etdirilməsi üçün vasitəçilik rolunu üzərinə götürüb. İslamabadın diplomatik səylərində atəşkəsin qorunması və tərəflər arasındakı fikir ayrılıqlarının danışıqlar yolu ilə həlli əsas məqsədlərdən biridir.

Atəşkəsin nə qədər müddətə uzadılacağı ilə bağlı hələlik ətraflı məlumat verilməyib.

Vaşinqton və Tehranın rəsmi açıqlamalarından sonra yeni müddətin və danışıqların növbəti mərhələsinin dəqiqləşəcəyi gözlənilir.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR