Messi atasının ölümündən sonra oyunu dayandırıb

"İnter Mayami”nin hücumçusu Lionel Messi atası Xorxe Messinin vəfatından sonra klubdakı çıxışlarını qeyri-müəyyən müddətə dayandırıb.
Sfera.az xəbər verir ki, bu barədə “DobleAmarilla” məlumat yayıb.
Argentina millisinin kapitanı yaxınlarına dəstək olmaq üçün ölkəsində qalmaq qərarına gəlib. Futbolçunun ABŞ-a nə vaxt qayıdacağı hələlik məlum deyil.
Xorxe Messi uzun sürən xəstəlikdən sonra avqustun 7-də Rosario şəhərindəki xəstəxanada 68 yaşında dünyasını dəyişib.
Atasının dəfn mərasimi ilə əlaqədar Lionel Messi Liqa Kubokunda Meksikanın “Monterrey” klubuna qarşı keçirilən matçda iştirak etməyib. “İnter Mayami” doğma meydanda 1:2 hesabı ilə məğlub olub. Meydan sahiblərinin yeganə qolunu 32-ci dəqiqədə Rodriqo De Paul vurub. O, qolunu Argentina millisinin kapitanı Lionel Messiyə həsr edib.
Bu arada jurnalist Fran Kasaretto bildirib ki, Messi atasının qapalı dəfn mərasimindən foto və videoları yayımlayan argentinalı jurnalistləri məhkəməyə verməyi planlaşdırır.
Xorxe Messi uzun illər Lionel Messinin karyerasında onun meneceri kimi də fəaliyyət göstərib.
İnci
Sfera.az






