Qadınların gizli düşməni: Sümük əriməsi nə zaman başlayır?

Qadınların gizli düşməni: Sümük əriməsi nə zaman başlayır?
Kateqoriya məlum deyil
T

Sümük əriməsi çox vaxt menopauzadan sonra ortaya çıxan problem kimi bilinsə də, mütəxəssislərin fikrincə, bu xəstəliklə mübarizə əslində menopauzadan əvvəl başlamalıdır. Xüsusilə menopauzadan əvvəlki dövr və sonrakı ilk 5–7 il olduqca vacib hesab olunur.

Sfera.az xəbər verir ki, menopauza dövründə artan sümük əriməsi (osteoporoz) riski erkən mərhələdə görüləcək tədbirlərlə böyük ölçüdə nəzarət altına alına bilər.

Medipol Koşuyolu Xəstəxanasının Qadın Xəstəlikləri və Doğum üzrə mütəxəssisi, professor Dr.Evrim Bostancı Ergen bildirib ki, sümük sağlamlığının qorunmasında menopauzadan əvvəl aparılan qiymətləndirmə, müntəzəm idman, balanslı qidalanma və fərdi müalicə planı əsas rol oynayır:

“Aybaşı pozğunluqları başladığı dövrdə sümük sıxlığının yoxlanılması və lazım gəldikdə qoruyucu müalicəyə başlanması tövsiyə olunur”.

Dr.Ergen qeyd edib ki, yaş artdıqca osteoporoz həyat keyfiyyətini ciddi şəkildə aşağı salır:

"60–65 yaşdan sonra osteoporoza bağlı patoloji sınıqlara daha tez-tez rast gəlinir. Bu mərhələdə diaqnoz qoyulan sümük əriməsi çox vaxt geri dönüşü olmayan həddə çatmış olur. Buna görə də, ərimə başlamazdan əvvəl lazımi tədbirlər görmək böyük əhəmiyyət daşıyır".

Dr.Ergen söyləyib ki, sümük sağlamlığını üç sütun üzərində qurulan bir sistem kimi qiymətləndirmək lazımdır. Təkcə vitamin əlavələri ilə uğurlu nəticə əldə etmək mümkün deyil.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR