NASA Falcon 9-un Aya enişini təsdiqlədi

NASA Falcon 9-un Aya enişini təsdiqlədi
Kateqoriya məlum deyil
T

"NASA"nın tədqiqatçısı Kelsi Yanq "Falcon 9" raketinin ikinci pilləsinin Ayın səthinə düşdüyünü təsdiqləyib.

Sfera.az xəbər verir ki, bu barədə o, "Reuters" agentliyinə açıqlamasında bildirib.

Kelsi Yanqın sözlərinə görə, hadisə çərşənbə günü səhər saatlarında baş verib və "Falcon 9" raketinin yuxarı pilləsi planlaşdırılmamış şəkildə Ayın səthinə çırpılıb.

"Avropa Cənub Rəsədxanası" da hadisəni təsdiqləyərək bildirib ki, toqquşma nəticəsində raketin hissəcikləri və Ay torpağından ibarət toz buludu yaranıb.

Bundan əvvəl "BBC" məlumat yaymışdı ki, "SpaceX" şirkətinə məxsus ağır daşıyıcı "Falcon 9" raketinin pilləsi avqustun 5-də Ayın səthinə çırpılıb.

Qeyd edək ki, 2025-ci ilin yanvarında buraxılan "Falcon 9" raketi Yerin təbii peykinə iki kommersiya eniş modulunu çatdırdıqdan sonra yanacağını tükədib. Bundan sonra qeyri-sabit orbitdə qalan raket pilləsi Ayın cazibə qüvvəsinin təsiri altına düşərək onun səthinə istiqamətlənib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR