Messi DÇ-2026-dan sonra ilk qollarını vurdu

Kateqoriya məlum deyil
T
Argentina millisinin ulduz futbolçusu Lionel Messi 2026-cı il dünya çempionatından sonra "İnter Mayami" forması ilə ilk qollarını vurub.
Sfera.az xəbər verir ki, təcrübəli hücumçu Liqalar Kuboku çərçivəsində Meksikanın "Atletiko San Luis" klubuna qarşı keçirilən oyunda dubla imza atıb. Avqustun 6-na keçən gecə baş tutan qarşılaşma ABŞ təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Messi matçda həmçinin bir məhsuldar ötürmə ilə də yadda qalıb. Bununla da onun peşəkar karyerasındakı qol sayı 921-ə yüksəlib.
Xatırladaq ki, Argentina millisi DÇ-2026-da finala qədər irəliləmiş, həlledici görüşdə İspaniyaya məğlub olmuşdu. Messi turnir ərzində 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
İnci
Sfera.az






