1 ilə azı 49 milyon aclıqla üz-üzə qalacaq

1 ilə azı 49 milyon aclıqla üz-üzə qalacaq
Kateqoriya məlum deyil
T

Hazırda müşahidə olunan El-Ninyo iqlim hadisəsi 2027-ci ilin sonunadək azı 49 milyon insanın kəskin aclıq riski ilə üzləşməsinə səbəb ola bilər.

Sfera.az xəbər verir ki, bu barədə BMT-nin qiymətləndirməsinə istinadən Bloomberg məlumat yayıb.

Bildirilir ki, El-Ninyonun yaratdığı quraqlıqlar, daşqınlar, eləcə də yağıntıların intensivliyi və tezliyindəki dəyişikliklər 45 ölkədə ərzaq təhlükəsizliyinə ciddi təsir göstərəcək. Ümumdünya Ərzaq Proqramının (WFP) hesablamalarına görə, kəskin ərzaq çatışmazlığı ilə üzləşən insanların sayı 225 milyondan 274 milyona yüksələ bilər.

Mütəxəssislər El-Ninyonun bu ilin sonuna doğru pik həddə çatacağını proqnozlaşdırırlar. Gözlənilən ekstremal və qeyri-sabit hava şəraitinin məhsuldarlığı azaltması, kənd təsərrüfatına ziyan vurması və ərzaq təhlükəsizliyi problemini daha da dərinləşdirməsi ehtimal olunur.

BMT xüsusilə enerji qiymətlərinin artımı və tədarük zəncirindəki problemlərdən onsuz da əziyyət çəkən yoxsul ölkələrin daha ağır vəziyyətlə üzləşəcəyini vurğulayıb.

Daha əvvəl Ümumdünya Ərzaq Proqramının rəhbərlərindən Karl Skau da münaqişələrin və iqlim dəyişikliklərinin birlikdə qlobal ərzaq böhranını dərinləşdirdiyini bildirmiş, ən ağır vəziyyətin Əfqanıstan, Somali və Şri-Lankada müşahidə olunduğunu qeyd etmişdi.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR