Almaniyada hava limanında həyəcan: Naməlum obyekt uçuşları dayandırdı

Almaniyada hava limanında həyəcan: Naməlum obyekt uçuşları dayandırdı
Kateqoriya məlum deyil
T

Almaniyanın "Leypsiq/Halle" hava limanı yaxınlığında naməlum uçan obyektin müşahidə olunması gecə saatlarında uçuşların hərəkətində ciddi problemlər yaradıb.

Sfera.az xəbər verir ki, hadisə gecəyarısından az əvvəl baş verib. Naməlum uçan obyektin hava limanı yaxınlığında göründüyü barədə məlumat daxil olduqdan sonra bir sərnişin təyyarəsi də daxil olmaqla bir neçə reys alternativ hava limanlarına yönləndirilib.

Eyni vaxtda hava limanının cənub uçuş-eniş zolağı yaxınlığında şübhəli əşya aşkarlanıb. Federal polis əraziyə cəlb olunub və obyektin yoxlanılması üçün xüsusi robotdan istifadə edilib.

Polis nümayəndəsi Olaf Hoppe naməlum obyektin dron olduğunu təsdiqləməyib. Onun sözlərinə görə, araşdırmalar demək olar ki, yekunlaşıb.

Polisin məlumatına əsasən, hava limanının digər uçuş-eniş zolağı gecə saatlarında yenidən istifadəyə verilsə də, cənub zolağı səhər saatlarınadək bağlı qalıb.

Qeyd edək ki, son aylarda Almaniyanın müxtəlif hava limanlarında naməlum dronlarla bağlı oxşar hadisələr qeydə alınıb. Ötən il ölkədə 144 icazəsiz dron uçuşu qeydə alınıb.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR