Putin onu rəhbər vəzifəyə gətirdi

Putin onu rəhbər vəzifəyə gətirdi
Kateqoriya məlum deyil
T

Rusiya Prezidenti Vladimir Putin ölkənin Silahlı Qüvvələrində pilotsuz sistem qoşunlarının rəhbərini təyin edib.

Sfera.az bildirir ki, Rusiya mediasının məlumatına görə, bu vəzifəyə “Mərkəz” qoşun qruplaşmasının qərargah rəisi Denis Lyamin gətirilib.

Putin bildirib ki, Lyamin yeni yaradılan qoşun növünün formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində işi daha da təkmilləşdirəcək.

Qeyd edək ki, son illərdə pilotsuz uçuş aparatları müasir müharibələrin əsas elementlərindən birinə çevrilib. Bir sıra ölkələr ordularında dron texnologiyalarının istifadəsini genişləndirərək bu sahə üzrə ayrıca bölmələr və idarəetmə strukturları yaradır.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR