İkardi onu tənqid edənlərə sərt reaksiya verdi: "Axmaqlar"

Argentina millisinin futbolçusu Mauro İkardinin sosial şəbəkədə etdiyi son paylaşım diqqət çəkib. Paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Sfera.az xəbər verir ki, Mauro İkardi sosial şəbəkə hesabında süni intellekt vasitəsilə hazırlanmış, artıq çəkili halını göstərən görüntü paylaşıb.
Futbolçu bu paylaşımı son günlər fiziki forması ilə bağlı yayılan tənqidlərə cavab olaraq edib.
Sosial şəbəkələrdə bəzi istifadəçilər İkardinin əvvəlki formasında olmadığını və çəkisinin artdığını iddia edirdilər. Futbolçu isə bu reaksiyalara münasibət bildirərək tənqidçiləri sərt şəkildə cavablandırıb, paylaşımın ironik məqsəd daşıdığını vurğulayıb. Daha sonra real görünüşünü əks etdirən görüntüsünü də izləyiciləri ilə bölüşüb.
Xatırladaq ki, Mauro İkardi daha əvvəl də sosial şəbəkə paylaşımları və şəxsi həyatı ilə bağlı açıqlamaları ilə gündəmə gəlib.
İradə Elsevər






