ÇL-də həlledici mərhələ – "Sabah"ın şansı nə qədərdir?

ÇL-də həlledici mərhələ – "Sabah"ın şansı nə qədərdir?
Kateqoriya məlum deyil
T

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Azərbaycan təmsilçisi "Sabah" bu gün Danimarka klubu "Orhus"la qarşılaşacaq. Bakı təmsilçisi növbəti mərhələyə gedən yolda mühüm sınaq qarşısındadır.

Sfera.az xəbər verir ki, qarşılaşmanın cavab oyunu avqustun 11-də saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək.

"Orhus"la keçiriləcək qarşılaşma Bakı klubu üçün indiyədək ən ciddi sınaqlardan biri hesab olunur. Buna baxmayaraq, komandanın əvvəlki mərhələlərdə nümayiş etdirdiyi oyun və qazandığı nəticələr "Sabah"ın növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparmaq üçün real şanslarının olduğunu göstərir.

Qalib komanda UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksələcək, məğlub tərəf isə mübarizəsini UEFA Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

Bəs bu mərhələdə "Sabah"ın şansı nə qədərdir?

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın "Orhus" komandası ilə qarşılaşacaq "Sabah"ın mərhələni keçmək şansı kifayət qədər yüksək qiymətləndirilir.Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda turnirin əvvəlki mərhələlərində Uelsin TNS və Finlandiyanın "KuPS" klublarını həm evdə, həm də səfərdə məğlub edərək bura itkisiz və yüksək motivasiya ilə gəlib. Ən böyük üstünlüklərdən biri komandada heç bir zədəli və ya cəzalı futbolçunun olmamasıdır. Heyət Danimarkaya itkisiz yollanıb. Rəqib "Orhus" isə yay transfer pəncərəsində üç əsas aparıcı oyunçusunu itirdiyi və əvvəlki mərhələdə Polşanın "Lex" klubunu yalnız penaltilərlə çətinliklə keçib. Bu göstərici komandanın hazırda ideal formada olmadığından xəbər verir.

Bu gün Bakı vaxtı ilə saat 20:30-da Danimarkada başlayacaq ilk oyunda səfər amili rəqibə azarkeş dəstəyi qazandırsa da, "Sabah" intizamlı müdafiə və sürətli əks-hücumlarla sərfəli nəticə qazanmağa tam qadirdir. Cari güc nisbətinə əsasən, "Sabah"ın bu cütlükdə ümumi qələbə qazanaraq növbəti mərhələyə adlamaq şansının 60% olduğu deyilir.

İradə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR