Çin Rusiyaya silah satmadığını açıqladı

Çin Rusiyaya silah satmadığını açıqladı
Kateqoriya məlum deyil
T

Çin rəsmiləri Avropa Parlamentinin deputatlarının Pekinin Ukraynadakı münaqişədə iştirakı və Rusiyaya silah tədarükü ilə bağlı iddialarını rədd edib.

Sfera.az bildirir ki, “Politico”nun məlumatına görə, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyəti iyul ayında Çinə səfər edib. Deputatlar səfər çərçivəsində Çinin xarici işlər naziri Van İ və digər yüksəkvəzifəli şəxslərlə görüş keçiriblər.

Görüş zamanı avropalı siyasətçilər Pekini Ukraynada sülhün əldə olunması üçün təsir imkanlarından istifadə etməyə çağırıblar. Həmçinin Çin tərəfinə Rusiyaya guya ikili təyinatlı məhsulların göndərilməsi və Pekinin münaqişədəki rolu ilə bağlı suallar ünvanlanıb.

Çin rəsmiləri isə bildirib ki, ölkə Ukrayna münaqişəsinin tərəfi deyil və Rusiyaya silah satmır. Pekin həmçinin dialoqu dəstəklədiyini və Avropanın da sülh danışıqları prosesində iştirak etməli olduğunu vurğulayıb.

“Çin rəsmiləri Avropa Parlamentinin deputatlarına bildiriblər ki, Pekin münaqişənin tərəfi deyil, Rusiyaya silah satmır, dialoqu dəstəkləyir və hesab edir ki, Avropa danışıqlarda iştirak etməlidir”, – nəşr yazıb.

Qeyd edək ki, daha əvvəl Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko Moskvanın Ukrayna münaqişəsinin həlli məsələsində Çinlə təmasları davam etdirdiyini bildirib. O, Pekinin sülh danışıqlarında müsbət rol oynamaq istəyini alqışladıqlarını qeyd edib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR