Donald Trampın gəlininin fit bədən quruluşunun sirri açıqlandı

Donald Trampın gəlininin fit bədən quruluşunun sirri açıqlandı
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın gəlini, 43 yaşlı Lara Tramp fit görünüşü və əzələli bədən quruluşu ilə yenidən diqqət mərkəzinə düşüb. Sosial şəbəkələrdə geniş müzakirə olunan Lara Tramp bu dəfə ideal formasını qorumağa kömək edən məşq və qidalanma vərdişlərindən danışıb.

Sfera.az xəbər verir ki, Lara Tramp “Riley Gaines Show” proqramında bildirib ki, uzun illərdir idman onun həyat tərzinin ayrılmaz hissəsidir. O, nə qədər sıx iş qrafikinə malik olsa da hər gün ən azı 30-45 dəqiqə məşq etməyə çalışdığını deyib.

Lara Trampın sözlərinə görə, bədənin eyni məşqlərə alışmaması üçün proqramı mütəmadi dəyişmək vacibdir. O, əsasən güc məşqləri, krossfit, velosiped sürmə, qaçış və pilateslə məşğul olur. Bəzən isə erkən uçuşları olduğu günlərdə belə məşq etmək üçün səhər saat 03:45-də oyanır.

Qidalanma məsələsində isə o, zülal qəbuluna xüsusi önəm verdiyini bildirib. Lara Tramp günə yumurta və ya protein kokteyli ilə başladığını, əzələ kütləsinin artmasının orqanizmin daha çox kalori yandırmasına kömək etdiyini vurğulayıb.

Bundan əlavə, Lara Tramp əri Erik Trampla birlikdə sauna və kontrast terapiyasından mütəmadi istifadə etdiklərini deyib. Onun sözlərinə görə, buz vannası və soyuq suda üzmək yalnız fiziki sağlamlığa deyil, həm də psixoloji dözümlülüyün artmasına müsbət təsir göstərir.

Mənsumə

Sfera.az

PAYLAŞ