Ermənistanda deputatın toxunulmazlığı ləğv edildi

Ermənistanda deputatın toxunulmazlığı ləğv edildi
Kateqoriya məlum deyil
T

Ermənistanda deputat Narek Karapetyanın parlament toxunulmazlığı ləğv edilib.


Sfera.az xəbər verir ki, bu barədə “NEWS.am” məlumat yayıb.


Məlumata görə, Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) Narek Karapetyanın deputat toxunulmazlığının aradan qaldırılması barədə qərar qəbul edib.


Bundan əvvəl vəkil Aram Vardevanyan jurnalistlərə açıqlamasında bildirmişdi ki, Karapetyanla bağlı cinayət işi "Güclü Ermənistan" Partiyasının tərəfdarı Aleksan Aleksanyana qarşı irəli sürülmüş ittihamlarla əlaqəlidir.


Xatırladaq ki, Ermənistan Baş Prokurorluğu Narek Karapetyanın deputat toxunulmazlığının ləğv olunması və ona qarşı ictimai cinayət təqibinin başlanılması ilə bağlı MSK-ya təqdimat göndərmişdi.


"Güclü Ermənistan" Partiyasının nümayəndələri və vəkil Aram Vardevanyan isə baş verənləri qanunsuz hesab edərək, bunun siyasi motivli təqib olduğunu bildiriblər.


Hazırda Ermənistan rəsmiləri məsələ ilə bağlı əlavə açıqlama verməyiblər.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ