Tarixin ən fəlakətli ili məlum oldu

Tarixin ən fəlakətli ili məlum oldu
Kateqoriya məlum deyil
T

İnsanlıq tarixində ən pis ilin 2000-ci illərdə yaşandığını düşünə bilərsiniz. Lakin alimlərin araşdırmaları tamamilə fərqli bir tarixə işarə edir. Məlum olub ki, bəşər tarixinin ən ağır illərindən biri təxminən 1 500 il əvvəl yaşanıb.

Sfera.az xəbər verir ki, tarix boyu insanlıq müharibələr, pandemiyalar, zəlzələlər və müxtəlif təbii fəlakətlərlə üzləşib. Lakin alimlər və tarixçilər bütün bu hadisələr arasında ən ağır dövrlərdən birinin MS 536-cı ildə başladığını bildirirlər.

“Science” jurnalında yayımlanan araşdırmalara görə, həmin dövrdə baş verən güclü vulkan püskürməsi atmosferə böyük miqdarda kül və sulfat hissəcikləri yayaraq Şimal yarımkürəsini aylarla qaranlığa qərq edib.

Araşdırmalara əsasən, vulkan püskürməsindən sonra yaranan sıx kül buludu Günəş şüalarının Yer səthinə çatmasına ciddi şəkildə mane olub. Tarixi mənbələrdə Günəşin təxminən 18 ay ərzində “Ay kimi solğun” göründüyü qeyd edilir.

Bu hadisə Avropa, Yaxın Şərq və Asiyanın bəzi bölgələrində temperaturun 1,5-2,5 dərəcə aşağı düşməsinə səbəb olub. Nəticədə son iki min ilin ən soyuq dövrlərindən biri yaşanıb.

Temperaturun kəskin şəkildə azalması kənd təsərrüfatına böyük zərbə vurub. Bəzi bölgələrdə hətta yay aylarında qar yağıb, məhsulların böyük hissəsi məhv olub və genişmiqyaslı qıtlıq yaranıb.

Fəlakətlər bununla da bitməyib. MS 541-ci ildə başlayan Yustinian vəbası milyonlarla insanın ölümünə səbəb olaraq onsuz da ağır vəziyyətdə olan cəmiyyətləri daha böyük böhranla üz-üzə qoyub.

Mənsumə

Sfera.az

PAYLAŞ