FİFA irqçiliklə bağlı istintaqa başladı

FİFA Argentina və Kabo-Verde arasında keçirilən Dünya Kubokunun 1/32 final matçında sosial media fenomeni IShowSpeed-in irqçi ifadələrlə hədəfə alınması iddialarından sonra istintaqa başlayıb.
Sfera.az bildirir ki, 2026-cı il FİFA Dünya Kubokunda irqçilik iddiaları ortaya çıxıb. FİFA, sosial media fenomeni IShowSpeed-in Argentina və Kabo-Verde arasında keçirilən 1/32 final matçında tribunada bir azarkeş tərəfindən irqçi təhqirlərə məruz qalması iddiaları ilə bağlı rəsmi araşdırma başlatdığını açıqlayıb.
Dünya futbolunun idarəetmə orqanı olan FİFA açıqlama verərək, hadisənin 3 iyulda Mayamidəki Hard Rok Stadionunda oynanılan matç zamanı baş verdiyini və iddiaların onlara çatmasından dərhal sonra rəsmi araşdırma başladıldığını bildirin.
FİFA öz açıqlamasında: "FİFA Dünya Kuboku birliyi, müxtəlifliyi və hörməti qeyd edən bir təşkilatdır. Dünyanın hər yerindən insanları, mədəniyyətləri və icmaları bir araya gətirən bu turnirdə bu dəyərlərə zidd davranışa və bu cür davranış nümayiş etdirənlərə yer yoxdur”-deyə bildirib.
Əsl adı Darren Jason Watkins Jr. olan IShowSpeed “YouTube”da 57 milyondan, “TikTok”da 53 milyondan çox izləyicisi olan fenomendir. Dünya Kuboku zamanı tribunalardan oyunları canlı yayımlayırdı.
21 yaşlı influenserin tribunada Kabo-Verde formasını geyinərək argentinalı azarkeşlə mübahisəsi lentə alınıb və bu hadisə onun öz “YouTube” yayımında qeydə alınıb. FİFA hadisə zamanı IShowSpeed-ə qarşı edilən irqçi ifadələrlə bağlı iddiaları araşdırır.
Aynil
