Çelikdən sevgilisi ilə yeni paylaşım

Çelikdən sevgilisi ilə yeni paylaşım
Kateqoriya məlum deyil
T

90-cı illərdə səsləndirdiyi hit mahnılarla Türkiyə pop musiqisinin ən sevilən simalarından birinə çevrilən müğənni Çelik bu dəfə şəxsi həyatı ilə diqqət mərkəzinə düşüb.

Sfera.az xəbər verir ki, uzun illərdir münasibətini mediadan uzaq saxlayan sənətçi sevgilisi Elif Ünüğür ilə birlikdə istirahətdə olarkən çəkilən fotosunu sosial media hesabında paylaşıb.

Dəniz kənarında sevgilisi ilə birlikdə obyektiv qarşısına keçən Çelik paylaşımına səmimi qeyd də əlavə edib.

Müğənni paylaşımını “Ən sevdiyim insanla tətildəyəm. Hələ də şəkil çəkdirməkdən nifrət edirəm” sözləri ilə müşayiət edib.

Çeliyin paylaşımı qısa müddətdə sosial şəbəkələrdə geniş marağa səbəb olub. İzləyicilər cütlüyün fotosuna çoxsaylı bəyənmə və xoş rəylər yazıblar.

Mənsumə

Sfera.az

PAYLAŞ