“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq

“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq
Kateqoriya məlum deyil
T

Dünyanın ən populyar mesajlaşma platformalarından biri olan “WhatsApp” istifadəçilərin yaxınlarının ad günlərini unutmamasına kömək edəcək yeni funksiya üzərində işləyir.

Sfera.az xəbər verir ki, “Android”-in beta versiyasında aşkarlanan yeniliyə əsasən, “WhatsApp” istifadəçilərə kontaktlarında olan şəxslərin qarşıdan gələn ad günləri ilə bağlı birbaşa tətbiq daxilində bildiriş göndərəcək. Beləliklə, istifadəçilərin əlavə təqvim və ya xatırlatma tətbiqlərindən istifadə etməsinə ehtiyac qalmayacaq.

Yeni sistem çərçivəsində istifadəçilər istəyə bağlı olaraq doğum tarixlərini profillərinə əlavə edə biləcəklər. Bununla yanaşı ad günü məlumatlarının kimlər tərəfindən görünəcəyini məxfilik ayarları vasitəsilə tam şəkildə idarə etmək mümkün olacaq.

Platforma kontaktınızdakı şəxsin ad günü çatdıqda sizə xüsusi bildiriş göndərəcək və həmin şəxsi təbrik etməyi xatırladacaq.

Hazırda funksiya yalnız məhdud sayda “Android” beta istifadəçisi tərəfindən sınaqdan keçirilir. “WhatsApp”-ın bu yeniliyi bütün istifadəçilər üçün nə vaxt istifadəyə verəcəyi isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, “WhatsApp” son aylarda istifadəçi adları, süni intellekt əsaslı imkanlar və təkmilləşdirilmiş axtarış funksiyaları kimi bir sıra yeni xüsusiyyətləri təqdim edərək platformanı daha da funksional etməyə davam edir.

Mənsumə

Sfera.az

PAYLAŞ