Günəş altında ekranı görmək çətinləşir? - Problemin həlli budur

Günəş altında ekranı görmək çətinləşir? - Problemin həlli budur
Kateqoriya məlum deyil
T

Günəş işığında telefon ekranının qəfil qaralması açıq havada cihazdan istifadə edən bir çox istifadəçinin qarşılaşdığı problemlərdən biridir. Xüsusilə naviqasiyadan istifadə edərkən, mesaj oxuyarkən və ya foto çəkərkən ekranın görünməsinin çətinləşməsi narahatlıq yaradır.

Sfera.az xəbər verir ki, bir çox istifadəçi bunu telefonun nasazlığı hesab etsə də problem əslində cihazın ekran parlaqlığı parametrləri, enerjiyə qənaət rejimi və ya həddindən artıq istiləşmədən qorunma funksiyaları ilə bağlı ola bilər.

Mütəxəssislərin sözlərinə görə, bir neçə sadə tənzimləmə etməklə günəş işığında ekranın qaralmasının qarşısını almaq mümkündür. Bunun üçün əvvəlcə Parametrlər (Settings) bölməsinə daxil olaraq Əlçatanlıq (Accessibility) menyusunu açın. Daha sonra Ekran və Mətn Ölçüsü (Display & Text Size) bölməsinə keçərək Avtomatik Parlaqlıq (Auto-Brightness) funksiyasını söndürün. Ardınca Üz Tanıma və Diqqət (Face ID & Attention) parametrlərinə daxil olaraq Diqqət Awareness (Attention Aware Features) funksiyasını da deaktiv edin.

Bu dəyişikliklərdən sonra telefonun ekranı günəş işığında daha stabil işləyəcək və görünmə problemi xeyli azalacaq.

Qeyd edək ki, bu parametrlər əsasən “iPhone” modellərində mövcuddur. Bununla yanaşı telefon həddindən artıq qızdıqda cihaz özünü qorumaq məqsədilə ekran parlaqlığını avtomatik azalda bilər. Belə hallarda telefonun soyumasını gözləmək tövsiyə olunur.

Mənsumə

Sfera.az

PAYLAŞ