Gün batımını izləmək sağlamlığa belə təsir edir

Gün batımını izləmək təkcə gözoxşayan mənzərə yaratmır, həm də insanın psixoloji və fiziki sağlamlığına müsbət təsir göstərir.
Sfera.az xəbər verir ki, alimlərin araşdırmalarına görə, gün batımını müntəzəm izləmək stress və narahatlığı azaltmağa, yaddaşı gücləndirməyə, yuxu keyfiyyətini yaxşılaşdırmağa və orqanizmdə iltihab göstəricilərini aşağı salmağa kömək edir.
Mütəxəssislər bildirirlər ki, gün batımı zamanı yaranan heyranlıq hissi insanın diqqətini gündəlik problemlərdən uzaqlaşdıraraq mənfi düşüncə dövrəsini qırır və zehni rahatlaşdırır.
Araşdırmalara əsasən, gün batımının qırmızı və narıncı çalarları stress hormonu olan kortizolun azalmasına, melatonin hormonunun ifrazının artmasına şərait yaradır. Bu isə daha rahat yuxuya getməyə və bioloji saatın tənzimlənməsinə kömək edir.
Alimlər axşam saatlarında qısa gəzinti edərək gün batımını izləməyi həm zehni, həm də fiziki sağlamlıq üçün faydalı vərdiş hesab edirlər.
Mənsumə
