Ursula fon der Leyen İrəvandadır - Paşinyanla görüşəcək

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Ermənistana işgüzar səfərə gəlib.
Sfera.az xəbər verir ki, AK rəhbərini daşıyan təyyarə İrəvanın "Zvartnots" beynəlxalq hava limanına eniş edib.
Avropalı rəsmini hava limanında Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb. Fon der Leyen İrəvana Azərbaycana etdiyi rəsmi səfərdən dərhal sonra yollanıb.
Səfər proqramı çərçivəsində Avropa Komissiyası rəhbərinin Ermənistanın Baş naziri Nikol Paşinyanla təkbətək və geniştərkibli danışıqlar aparacağı gözlənilir. Görüşdən sonra tərəflər mətbuata birgə bəyanatla çıxış edəcək və jurnalistlərin suallarını cavablandıracaqlar.
Səfərin əsas müzakirə mövzularının regiondakı cari vəziyyət və Avropa İttifaqı-Ermənistan münasibətləri olacağı bildirilib.
Bəsti Rəfizadə
