Pentaqon rusiyalı hərbçilərlə gizli danışıqlar aparır? - "Putini devirməyə çalışacaqlar..."

Pentaqon rusiyalı hərbçilərlə gizli danışıqlar aparır? -
Ötən gün Rusiyada bir gündə 5 qubernatorun istefa verməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bir qism artıq ölkədə siyasi hakimiyyətin böhran vəziyyətində olduğunu bildirir, digər bir qism isə yaxın zamanlarda Putinin devrilə biləcəyini istisna etmir.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Teymur Qasımlı deyib ki, qubernatorların istefa verməsinin pərdəarxası məqamları açıqlanmasa da, uzun müddətdir, klanlararası mübarizənin getdiyi bəllidir:

"Bəlkə də orada baş verən hər hansı korrupsiya, rüşvət və ya digər məsələlərə görə də qubernatorlar istefa verə bilərlər. Ancaq iddialar var ki, Pentaqon hərbiçilərlə gizli danışıqlar aparır. Bəlkə də həmin gizli danışıqlar və ya orduda olan bəzi çatışmazlıqlardan istifadə ilə Putini hərbi yolla devirməyə çalışsınlar. Bu yaxınlarda fikirləşmirəm ki, Rusiyada hərbi çevriliş baş tutsun, buna ehtiyac yoxdur. May ayının sonu, iyunun əvvələrində nəsə gözləmək olar”.

Müsahibimizin sözlərinə görə, çox güman ki, hakimiyyətə gələn klan Putini sıradan çıxaracaq:
 
"Rusiya lideri ya xəstəlik, ya da digər yollarla iqtidardan gedəcək. Amma hələlik Rusiya-Ukrayna müharibəsi davam edir. Bu, bitəndən sonra Rusiya daxilində siyasi çevrilişi, hakimiyyət dəyişikliyini gözləmək olar”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR