Zelenski BMT Təhlükəsizlik Şurasında çıxış edəcək
Kateqoriya məlum deyil
"Ukrayna
Prezidenti Vladimir Zelenski bu gün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasında (BMT TŞ) çıxış edəcək”.
Sfera.az xəbər verir ki, bu barədə Böyük Britaniya daimi nümayəndəliyi "Twitter" hesabında yazıb.
"Britaniya Şuraya sədrlik etdiyi müddətdə Rusiyanın hərbi cinayətləri ilə bağlı həqiqətin eşidilməsini təmin edəcək. Biz Putinin müharibəsini və həqiqəti ifşa edəcəyik", - məlumatda bildirilir.
Turan Rzayev
Sfera.az





