Maşınları əzən sürücü danışdı: \"Marixuana çəkmişdim, vəziyyətim yaxşı deyildi\" - VİDEO

Maşınları əzən sürücü danışdı: \
Xəbər verdiyimiz kimi ötən gün paytaxtın Yasamal rayonu, kənar dairəvi yolunda 50-ED-532 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi polislərdən qaçmaq istəyib.

Sfera.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli deyib ki, sürücü 28 yaşlı Kamran Cəbrayılzadə şəhər ərazisində bir neçə dəfə yol hərəkət qaydasını kobud şəkildə pozaraq, avtoxuliqanlıq hərəkətləri törətdiyi üçün barəsində saxlanması göstərişi verilib.

Sürücü süni sıxlıq yaradılaraq saxlanarkən polisə tabesizlik edib və qaçmaq üçün avtomobili digər hərəkət iştirakçılarının avtomaşınlarına çırpıb.

Həmin vaxt ətrafda olan həm zərərçəkmiş, həm də digər sürücülər yol polisinə kömək edərək tabe olmayan sürücü Kamran Cəbrayılzadəni saxlayıblar. Əraziyə gələn əməliyyatçılar onu Yasamal rayon polis idarəsinə gətiriblər. Saxlanan sürücü törətdiyi əməli etiraf edib.

Hadisə vaxtı təxminən 10-a yaxın avtomobilə ziyan vuran sürücü deyib ki, həmin vaxt 6 yaşlı oğlu da yanında olub.

Faktla bağlı Yasamal rayon polis idarəsində ''Xuliqanlıq'' maddəsi ilə cinayət işi başlanıb, Kamran Cəbrayılzadə cinayət işi üzrə şübhəli şəxs qisimində tutularaq, istintaqa cəlb edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir.
 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayı...

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. ...

Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə TƏŞƏKKÜR ETDİ

Azərbaycanın enerji sektorunda, xüsusilə külək, günəş enerjisi sahəsində 2030-cu ilə qədər faiz göstəricisini artıracağı çox gözəl xəbərdir.   Sfera....

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİRLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...