Qadınlar və kişilər niyə fərqli tezlikdə ağlayır? - Səbəbi bilindi
İnsanlar kədərli, stressli, qəzəbli, hətta xoşbəxt olduqda ağlayırlar. Maraqlıdır ki, emosional səbəblərdən göz yaşı tökən yeganə canlı bizik. Alimlər göz yaşlarının funksiyalarını başa düşsələr də, insanların niyə ağladığı və emosional göz yaşlarının məqsədi hələ tam izah olunmayıb. Sfera.az xəbər verir ki, İsveçrədəki İnsan Biologiyası İnstitutunun tədqiqatçısı dr. Marie Bannier-Helaouet bildirib ki, göz yaşları beş komponentdən ibarətdir: selik, elektrolitlər, su, zülallar və lipidlər.