Dünyanın ən hündür şəlalələri BUNLARDIR

Dünyanın ən hündür şəlalələri BUNLARDIR
Kateqoriya məlum deyil
T

Dünya təbiət möcüzələri ilə zəngindir və bunların arasında şəlalələr xüsusi yer tutur.

 

Suların hündürdən yerə çırpılması yalnız göz oxşayan mənzərə yaratmır, həm də təbiətin gücünü və möhtəşəmliyini göstərir. Dünyada minlərlə şəlalə mövcud olsa da bəziləri həm hündürlüyü, həm də su kütləsi ilə digərlərindən fərqlənir. Hər il milyonlarla turist dünyanın müxtəlif guşələrinə bu təbii gözəllikləri görmək üçün səyahət edirlər.

 

Sfera.az oxuculara dünyanın ən böyük şəlalələrini təqdim edir.

 

Angel Şəlaləsi – Venesuela

 

Dünyanın ən hündür şəlaləsi olan Angel Şəlaləsi 980 metr hündürlüyü ilə diqqət çəkir. 1933-cü ildə pilot Ceyms Angel tərəfindən kəşf edilən bu şəlalə Venesuelanın simvoluna çevrilib.

 

Tugela Şəlaləsi – Cənubi Afrika

 

Drakensberq dağlarında yerləşən Tugela Şəlaləsi 947 metr hündürlüyü ilə dünyanın ikinci ən yüksək şəlaləsidir. Xüsusilə yağışlı mövsümdə möhtəşəm mənzərələr təqdim edir.

 

Yosemite Şəlaləsi – ABŞ

 

Yosemite Milli Parkında yerləşən bu şəlalə 739 metr hündürlüyü ilə Şimali Amerikanın ən möhtəşəm təbii gözəlliklərindən biridir. Yaz aylarında yüz minlərlə turist buraya axın edir.

 

Viktoriya Şəlaləsi – Zambiya/Zimbabve

 

108 metr dərinliyindəki vadiyə axan Viktoriya Şəlaləsi həm Zambiya, həm də Zimbabve üçün məşhur turistik məkandır.

 

Skogafoss Şəlaləsi – İslandiya

 

İslandiyanın məşhur Skogafoss Şəlaləsi 70 metr hündürlükdən axır və filmlərdə, seriallarda tez-tez nümayiş olunur.

 

Niaqara Şəlaləsi – ABŞ/Kanada

 

52 metr hündürlükdən axan Niaqara Şəlaləsi saniyədə 3000 ton su ilə məşhurdur və dünyanın ən çox ziyarət edilən şəlalələrindən biridir.

 

Mənsumə

Sfera.az

PAYLAŞ