Stiven Hokinqin Britaniyadakı malikanəsi satışa çıxarılıb
Stiven Hokinqin evi Kembricin ən nüfuzlu küçələrindən birində, şəhər mərkəzindən cəmi yarım mil məsafədə yerləşir. O, Kembric Universitetində 50 ildən çox çalışıb, 1962-ci ildə doktoranturaya qəbul olub və 1979-cu ildən 2009-cu ilə qədər riyaziyyat professoru vəzifəsində çalışıb. Sfera.az bildirir ki, Stiven Hokinqin evi satışa çıxarılıb. 76 yaşında ölümündən əvvəl son illərini keçirdiyi beş yataq otaqlı malikanə 2,5 milyon funt sterlinqə satılır. Evdə tağlı tavanlar, mansard pəncərələri, üç