Qəribə qida istəkləri orqanizmin gizli MESAJI OLA BİLƏR
Bəzən insanlar qəfil olaraq qum, torpaq, daş qırıntıları, buz, təbaşir, hətta sabun kimi qeyri-adi maddələri yemək istəyə bilirlər. Bir çoxları bunu sadəcə qəribə vərdiş hesab etsə də, mütəxəssislər bildirirlər ki, belə hallar orqanizmdə müəyyən vitamin və mineral çatışmazlığının xəbərçisi ola bilər. Sfera.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, tibbdə bu vəziyyət “pika sindromu” adlanır. Bu zaman insan qida hesab olunmayan maddələri yeməyə qarşı güclü istək hiss edir. Ən çox rast