Logo

Ən intellektual insanlar bu rəngi SEVİR

Ən intellektual insanlar bu rəngi SEVİR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yüksək intellekt səviyyəsinə malik insanlar daha çox mavi rəngə üstünlük verirlər. Psixologiyada bu rəng sakitlik, təmkin və etibarlılıqla əlaqələndirilir.

Sfera.az xəbər verir ki, Misirin Heluan Universitetinin tədqiqatçıları İhab Mahmud Hənəfi və Reham Sanad bu nəticəyə gəliblər.

"ScienceDirect"də dərc olunan araşdırma çərçivəsində qrafik dizayn və informatika ixtisaslarında təhsil alan 80 tələbə arasında sorğu keçirilib. Onlardan geyim və interyer üçün üstünlük verdikləri rəngləri seçmək istənilib.

Nəticələrə görə, iştirakçıların 15%-i geyimdə mavi rəngə üstünlük verib. Bu rəng analitik düşüncə qabiliyyəti ilə seçilən respondentlər arasında ən populyar olub.

Tədqiqatçılar rənglərin müxtəlif simvolik mənalar daşıdığını qeyd edirlər:

Reklamınızı SmartBee ilə effektiv edin.

Mavi – sakitlik və etibarlılıq;

Qırmızı – ehtiras, cəsarət və impulsivlik;

Ağ – nizam-intizam və səliqə;

Narıncı – uğur və bolluq;

Yaşıl – təbiət, həyat və təhlükəsizlik.

Bununla belə, mütəxəssislər mavi rəngə üstünlük verməklə yüksək IQ arasında birbaşa əlaqənin hələ elmi şəkildə sübut edilmədiyini vurğulayırlar. Bu nəticələrin təsdiqlənməsi üçün daha geniş araşdırmalara ehtiyac var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR