Logo

Qütb burulğanı zəifləyir - Bu qış daha soyuq keçə bilər

Qütb burulğanı zəifləyir - Bu qış daha soyuq keçə bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Arktikanın üzərində soyuq havanı saxlayan güclü küləklər bu il həmişəkindən daha tez zəifləməyə başlayıb. Meteoroloqlar bunun qış aylarında Şimal yarımkürəsinin bəzi bölgələrində daha soyuq və quru hava ehtimalını artıra biləcəyini bildirirlər.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, söhbət Yer səthindən təxminən 10-50 kilometr yüksəklikdə, Şimal qütbünün ətrafında dövr edən küləklərdən gedir.

Qütb burulğanı adlanan bu sistem güclü olanda Arktikanın soyuq havasını qütb ətrafında saxlayır. Küləklər zəiflədikdə isə soyuq hava daha cənuba yayıla bilər.

Meteoroloqların fikrincə, bu dəyişiklik qışın sonrakı aylarında Avropa və Şimali Amerikanın bəzi hissələrində soyuq hava dalğalarının yaranması ehtimalını artıra bilər.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR