2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
2027-ci il Şərq təqviminə görə “Alovlu Keçi ili” hesab olunur.
Sfera.az xəbər verir ki, Keçi ili 6 fevral 2027-ci ildən başlayacaq və 25 yanvar 2028-ci ilə qədər davam edəcək.
Keçi ilinin xüsusiyyətləri bunlardır: mehribanlıq, sülhsevərlik, yaradıcılıq, həssaslıq, səbirli olmaq və daxili güc.
Qeyd edək ki, Şərq təqviminə görə illər 12 illik heyvan dövriyyəsinə əsasən dəyişir. Hər heyvan ili 12 ildən bir təkrarlanır. Bu dövriyyə Siçan, Öküz, Pələng, Dovşan, Əjdaha, İlan, At, Keçi, Meymun, Xoruz, İt və Donuz heyvanlarından ibarətdir.
Doğum illəri 1931, 1943, 1955, 1967, 1979, 1991, 2003, 2015 və 2027 olanlar Keçi ilinə aid hesab olunurlar. Yanvar və fevral aylarında doğulanların hansı heyvan ilinə aid olması isə dəqiq doğum tarixindən asılıdır.//metbuat






