“Baba sviteri” yenidən dəbə qayıtdı – Bu modellər trend olacaq
Bir vaxtlar köhnəlmiş geyim hesab edilən romb naxışlı trikotaj sviterlər yenidən dəbə qayıdıb.
Sfera.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazıb.
Moda mütəxəssisləri hesab edirlər ki, əvvəllər daha çox yaşlı kişilərin geyim tərzi ilə əlaqələndirilən bu sviterlər indi universal geyimə çevrilib və müxtəlif üslublarla uyğunlaşdırıla bilər.
Nəşrin redaktorları romb naxışlı sviterləri düz biçimli şalvar və loafer ayaqqabılarla, eləcə də enli cins şalvar və idman ayaqqabıları ilə birləşdirməyi tövsiyə edirlər.
Daha klassik görünüş yaratmaq istəyənlər isə sviteri ağ köynəyin üzərindən geyinə, onu klassik şalvar, pencək və zərif kəmərlə tamamlaya bilərlər.
Rəng seçiminə gəlincə, tünd göy, krem və bordo çalarlarında olan modellər bu mövsümün dəbli seçimləri sırasındadır.
Qeyd edək ki, “baba stili” adlandırılan geyim dəbi haqqında hələ 2024-cü ildə danışılmağa başlanıb. “Pinterest” platformasının analitikləri Z nəslinin nümayəndələrinin və bumerlərin yaşlı insanların qarderobunu xatırladan vintage geyimlərə marağının artdığını bildirmişdilər.
Fatimə
Sfera.az






