Çiplərə tələbata görə rekord qazanc əldə etdilər
Kateqoriya məlum deyil
T
Süni intellekt çiplərinə tələbatın artması Tayvanın TSMC şirkətinin mənfəətini rekord səviyyəyə çatdırıb.
Sfera.az xəbər verir ki, şirkətin xalis mənfəəti ilin üçüncü rübündə 68,7 faiz artaraq 763,1 milyard Tayvan dollarına (23,5 milyard dollar) yüksəlib.
Gəlir 46,36 milyard dollar, əməliyyat mənfəəti marjası isə 58,7 faiz təşkil edib.
Yüksək məhsuldarlıqlı hesablama texnologiyaları gəlirin 68 faizini formalaşdırıb. TSMC ABŞ-da istehsalını genişləndirmək üçün 265 milyard dollarlıq investisiya planı da açıqlayıb.
Fatimə Ələkbər
Sfera.az






