Dünyanın ən zəngin ölkələri açıqlandı

Dünyanın ən zəngin ölkələri açıqlandı
Kateqoriya məlum deyil
T

Dünyanın ən zəngin ölkələrinin reytinqi yenilənib.


Sfera.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (IMF) 2026-cı il üzrə proqnozlarına əsasən, adambaşına düşən ÜDM-in alıcılıq qabiliyyəti pariteti (PPP) üzrə hesablanan göstəricilərinə görə, Lixtenşteyn 195 min 372 dollarla ilk sırada qərarlaşıb. Həmçinin, açıqlanan siyahıda kiçik əraziyə malik, lakin yüksək maliyyə imkanları və inkişaf etmiş iqtisadiyyatı ilə seçilən ölkələrin üstünlüyü diqqət çəkin.


İqtisadi rifah səviyyəsi, sənaye potensialı, enerji resursları və beynəlxalq maliyyə mərkəzlərinin fəaliyyəti ölkələrin adambaşına düşən gəlir göstəricilərinə təsir edən əsas amillər sırasındadır.


IMF-nin 2026-cı il üzrə proqnozlarına əsasən, adambaşına düşən ÜDM-in alıcılıq qabiliyyəti pariteti üzrə dünyanın ən zəngin 10 ölkəsi belə sıralanıb:

1. Lixtenşteyn – 195 min 372 dollar
2. Sinqapur – 173 min 708 dollar
3. İrlandiya – 159 min 129 dollar
4. Lüksemburq – 156 min 719 dollar
5. Makao – 140 min 423 dollar
6. Norveç – 115 min 548 dollar
7. Qətər – 112 min 312 dollar
8. İsveçrə – 105 min 680 dollar
9. Tayvan – 98 min 51 dollar
10. Bruney – 97 min 858 dollar


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR