Ev pişiyinin dişlədiyi kişi öldü

Ev pişiyinin dişlədiyi kişi öldü
Kateqoriya məlum deyil
T

Krımda kişi ev pişiyinin dişləməsi nəticəsində quduzluqdan ölüb.

Sfera.az xarici mediaya istinadla xəbər verir ki, 2025-ci ilin noyabrında ev pişiyi kişini dişləyib, lakin o, nə tibbi yardım alıb, nə də quduzluq əleyhinə peyvənd kursu keçib. Hadisə barədə məlumat yeni açıqlansa da, həmin şəxs aprel ayında vəfat edib.

Rəsmilər Krımda quduzluqla bağlı vəziyyətin kritik olaraq qaldığını bildiriblər. Qeyd olunur ki, hər il təxminən 6500 Krım sakini heyvan dişləməsi səbəbindən tibbi yardım üçün müraciət edir. Onlardan mindən çoxu quduzluq əleyhinə peyvənd olunur.

Qeyd etmək lazımdır ki, quduzluq sinir sistemini zədələyən ölümcül xəstəlikdir. Yeganə effektiv qorunma üsulu dişləmədən sonra vaxtında peyvənd olunmaqdır. Vaxtında peyvənd olunmadıqda, yoluxmuş şəxs həyatını itirir. Xəstəliyin inkubasiya dövrü bir neçə gündən bir ilə qədər davah edə bilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR