Xanımı toxundu, Melaniya ilə söhbət yarımçıq qaldı

Xanımı toxundu, Melaniya ilə söhbət yarımçıq qaldı
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın Çin lideri Si Cinpin və onun həyat yoldaşı Pen Liyuanı Ağ Evdə qəbul etdiyi tədbirdə kameraların yaddaşına yazılan qısa an diqqət çəkib.

Sfera.az xəbər verir ki, Si Cinpin Melaniya Trampla ayaqüstü söhbət etdiyi vaxt Pen Liyuan həyat yoldaşının yanına gələrək onun kürəyinə yüngülcə toxunub.

Bu jestdən dərhal sonra Si Cinpin istiqamətini dəyişərək hərəkət etməyə başlayıb.

Görüntülərdə Pen Liyuanın Si Cinpinə toxunmasından sonra Çin liderinin qəfil istiqamətini dəyişdiyi görünür. Si Cinpin hərəkət etdikdən sonra Pen Liyuan da onun yanında addımlayıb.

Hadisə dövlət yeməyindən əvvəl baş verib. Qısa görüntüdə Si Cinpinlə Melaniya Trampın söhbəti və Pen Liyuanın həyat yoldaşına etdiyi kiçik jest diqqət çəkib.

Görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra istifadəçilərin diqqəti xüsusilə Pen Liyuanın toxunuşundan sonra Si Cinpinin verdiyi ani reaksiyaya yönəlib.

Melaniya Tramp isə söhbətdən sonra tədbirin keçirildiyi əraziyə qayıdıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR