Yunanıstanda pulsuz yaşamaq olar – Yeni şərtlər

Yunanıstanda pulsuz yaşamaq olar – Yeni şərtlər
Kateqoriya məlum deyil
T

Yunanıstanın Egey dənizində yerləşən Siroz adası burada müəyyən müddət pulsuz yaşamaq istəyənlərə maraqlı imkan təklif edir.

Sfera.az xəbər verir ki, ada pişiklərə qulluq edə biləcək könüllülər axtarır.

Bunun müqabilində namizədlərə pulsuz yaşayış yeri, səhər yeməyi və kommunal xərclərin ödənilməsi təklif olunur.

Layihəni həyata keçirən “Syroscats” heyvanların müdafiəsi təşkilatının məlumatına görə, könüllülər gündə təxminən 5 saat, həftədə 5 gün pişiklərə qulluq etməlidirlər. Bunun üçün əməkhaqqı nəzərdə tutulmayıb.

2027-ci ilin yanvar-iyun ayları üçün müraciətlər artıq qəbul edilir. Proqrama 25 yaşdan yuxarı, tək və ya cütlük şəklində müraciət edən şəxslər qoşula bilər. Namizədlərdən adada ən azı bir ay qalmaq və müstəqil işləyə bilmək tələb olunur.

Baytarlıq üzrə təhsili və ya baytar köməkçisi kimi iş təcrübəsi olan, həmçinin küçə pişikləri ilə davranmaq bacarığına malik şəxslərə üstünlük verilir. Bununla belə, pişikləri sevən və məsuliyyətli digər şəxslərin də müraciət edə biləcəyi bildirilir.

Müraciətlər üçün son tarix 30 sentyabrdır.

Siroz adası isə təbiiliyi və sakitliyi ilə seçilir. Adanın paytaxtı Ermupolidə çoxsaylı kafe və restoranlar fəaliyyət göstərir. Burada çimərliklər, kiçik koylar, təmiz dəniz və ənənəvi yunan mətbəxi turistləri cəlb edir.

Yəni bu imkan klassik mənada “pulsuz tətil” deyil: gündə 5 saat pişiklərə qulluq etməyin qarşılığında adada yaşayış təmin edilir.

Firuz

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR