Yemək sifariş verdi, paketi açanda həyatının şokunu yaşadı

Yemək sifariş verdi, paketi açanda həyatının şokunu yaşadı
Kateqoriya məlum deyil
T

Honq Konqda yemək sifariş edən qadın sifarişini açanda böyük şok yaşayıb.

Sfera.az xəbər verir ki, qadın 44 Honq Konq dollarına dana ətli düyü əriştəsi sifariş edib və qutunu açan zaman sousun içində hərəkət edən canlı siçan balası görüb.

Qadın hadisəni telefonla lentə alıb və dərhal aidiyyəti qurumlara məlumat verib.

Hadisə Vah Sinq Sənaye Binasında fəaliyyət göstərən Va Jer restoranında baş verib. Şikayətdən sonra Honq Konq Qida və Ətraf Mühit Gigiyenası Departamentinin əməkdaşları restorana gediblər.

Yoxlama zamanı mətbəxdə və qida hazırlanan ərazilərdə gigiyena qaydalarının pozulduğu müəyyən edilib. Restoran rəhbərliyi barəsində qanuni tədbirlər görülüb.

Müəssisə təmizlik, dezinfeksiya və zərərvericilərə qarşı mübarizə işləri aparılması üçün bağlanıb. Restoranın sahibi isə sənaye ərazisində yerləşdikləri üçün gəmiricilərə qarşı tədbirlər gördüklərini bildirib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR