Payızda saç tökülməsi niyə artır?

Payızın gəlişi ilə saç tökülməsində müşahidə olunan artım narahatlığa səbəb ola bilər.
Sfera.az xəbər verir ki, bu fəsildə daraqda, duşda və ya yastıqda adətən olduğundan daha çox saç teli görmək bir çox insanda "Saçlarım tökülür?" təşvişini yaradır. Mövsüm dəyişikliklərinin saçın təbii böyümə və tökülmə dövrünə təsir edə bildiyini bildirən mütəxəssis dr. Muhammet Emrah Cinik payızda artan saç tökülməsinin hər zaman qalıcı saç itkisi demək olmadığını vurğulayıb.
Lakin tökülmə uzun müddət davam edərsə, saç sıxlığında nəzərəçarpan azalma və ya saç tellərində incəlmə müşahidə olunarsa, məsələni yalnız fəsil dəyişikliyi ilə əlaqələndirmək doğru deyil.
Saç diblərinin daim eyni sürətlə işləmədiyini qeyd edən Cinik saçların böyümə, keçid və istirahət-tökülmə olmaqla müxtəlif mərhələlərdən keçdiyinə diqqət çəkib:
“Saç kökləri anagen dediyimiz böyümə, katagen keçid və telogen istirahət-tökülmə mərhələlərindən keçir. İl ərzindəki mövsümi dəyişikliklər bu dövrə təsir göstərə bilər. Bu səbəbdən xüsusilə yay sonu və payızda bəzi şəxslər adətən olduğundan daha çox saç töküldüyünü hiss edə bilərlər”.
Mənsumə






