İsveçdən miqrantlara görünməmiş təklif: 37 min dollar veriləcək

İsveçdən miqrantlara görünməmiş təklif: 37 min dollar veriləcək
Kateqoriya məlum deyil
T

İsveç hökuməti miqrantların könüllü şəkildə ölkəyə geri qayıtmasını təşviq etmək məqsədilə adambaşına 37 min dollara yaxın maliyyə dəstəyi tətbiq etməyə başlayıb.

Sfera.az xəbər verir ki, yeni qərara əsasən, Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn və könüllü şəkildə İsveçi tərk etməyə razı olan şəxslərə adambaşına təxminən 37 min dollar ödəniləcək.

10,6 milyon əhalisi olan İsveçdə təxminən 2 milyon xarici mənşəli insan yaşayır. Məlumata görə, indiyədək cəmi 171 nəfər bu maliyyə dəstəyindən yararlanaraq ölkəni tərk etməyə razılaşıb.

İsveç hökuməti bununla yanaşı, miqrantlarla bağlı digər sərt addımlar da atıb.

Belə ki, daimi yaşayış icazəsi sisteminin ləğv edilərək icazələrin hər üç ildən bir yenilənməsi şərtinin tətbiqi nəzərdə tutulub.

Avqust ayında isə ölkədə ilk dəfə məcburi vətəndaşlıq imtahanına başlanılıb.

İsveçin miqrasiya naziri Yohan Forssel vətəndaşlığın həm hüquqlar, həm də məsuliyyətlər gətirdiyini vurğulayıb. O, İsveç haqqında kifayət qədər məlumatı olmayan şəxslərin vətəndaşlıq almasının qəbuledilməz olduğunu bildirib.

Müxalifət partiyaları, vətəndaş cəmiyyəti təşkilatları və miqrant nümayəndələri hökumətin yeni siyasətini tənqid ediblər.

Onların fikrincə, maliyyə təşviqi ayrı-seçkiliyi daha da gücləndirə bilər. Miqrant nümayəndələri həmçinin bildiriblər ki, ölkədə yaşayan xarici mənşəli insanların böyük əksəriyyəti İsveçi tərk etmək niyyətində deyil.

Hökumətin isə bu siyasətlə ölkəyə miqrasiya axınını azaltmağı və könüllü geri dönüşlərin sayını artırmağı hədəflədiyi bildirilib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR