Logo

Qəbir daşını kreditlə qoymaq günahdırmı?

Qəbir daşını kreditlə qoymaq günahdırmı?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Artıq şəxsiyyət vəsiqəsi ilə kreditlə qəbir daşı qoymaq mümkün olacaq.

Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə reklam xarakterli görüntülər paylaşılıb.

Tək şəxsiyyət vəsiqəsi ilə 3 aydan 24 ata qədər istənilən formada qəbir daşını kreditlə əldə edə bilərsiniz. Tək şərt isə müştərinin adında aktiv gecikmənin olmamasıdır. Aktiv gecikmə varsa, başqa adamın adına kredit götürə bilərsiniz.

Bəs İslam dinində bu cür davranışlar qəbulediləndirmi?

Mövzu ilə bağlı Heydər məscidinin imamı Rüfət Qarayev bildirib ki, kredit yolu ilə qəbir daşı qoyulması yolverilməzdir. Vacib olan müsəlmanın şəriət qaydaları ilə dəfn edilməsidir:

"Xüsusi özəl daşlar, mərmər, türbələr, abidələr qoyulmağı tövsiyə edilmir. Buna görə kredit götürmək, borca pul götürmək yolverilməzdir".

Din xadimi həmçinin qeyd etdi ki, İslam dinində qəbir daşı qoyulması vacib sayılmır. Qəbir yerlərinin zamanla itməsi tövsiyə olunur.\\milli.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR