Evinizdəki internet zəif işləyir? - Səbəb bu ola BİLƏR

Evinizdəki internet zəif işləyir? - Səbəb bu ola BİLƏR
Kateqoriya məlum deyil
T

Ev internetinin zəif işləməsinin səbəbi bəzən internet paketində deyil, routerin düzgün qurulmamasında ola bilər.

“How-To Geek”in məlumatına görə, "Wi-Fi" bağlantısını yaxşılaşdırmaq üçün routerin bəzi parametrlərini dəyişmək mümkündür.

Sfera.az bildirir ki, mütəxəssislər ilk növbədə routerdə eyni internet bağlantısını paylaşan iki ayrı şəbəkənin düzgün qurulduğunu yoxlamağı məsləhət görürlər. Həmçinin ağıllı növbə idarəetməsi (SQM) funksiyasının aktivləşdirilməsi tövsiyə olunur. Bu funksiya gecikməni azaltmağa və internetdə yaranan yüklənmə problemlərinin qarşısını almağa kömək edə bilər.

İnterneti sürətləndirməyin digər yollarından biri DNS serverini dəyişdirməkdir. Bunu istifadəçi özü edə və ya mütəxəssisdən kömək ala bilər.

Mütəxəssislər həmçinin 2,4 və 5 giqahers tezlikləri üçün ayrı "Wi-Fi" şəbəkələri yaratmağı və cihazları bu şəbəkələr arasında bölüşdürməyi tövsiyə edirlər.

Bundan başqa, routerin yerləşdiyi yer də internetin keyfiyyətinə təsir edir. Routeri mümkün qədər hündür yerdə, açıq ərazidə yerləşdirmək və digər əşyalarla qarşısını bağlamamaq məsləhətdir./Redaktor.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR