Avqustun son həftəsi bu bürcləri sınağa çəkəcək - ADLAR

Avqustun son həftəsi bürclər üçün kifayət qədər hərəkətli keçəcək. Yayın son günləri bəzi bürclər üçün yeni qərarlar, gözlənilməz xəbərlər və münasibətlərdə dəyişikliklərlə yadda qalacaq. Xüsusilə 28 avqustda baş verəcək Ay tutulmasının bir sıra bürclərin həyatında dönüş nöqtəsi yaradacağı bildirilib.
Astroloji şərhlərə görə, 25 avqustda Merkurinin Qız bürcünə keçməsi düşüncə, planlama və qərarvermədə analitik yanaşmanı gücləndirəcək. Bu səbəbdən həftə ərzində yarımçıq işləri tamamlamaq və gələcəklə bağlı planları yenidən nəzərdən keçirmək üçün əlverişli şərait yaranacaq.
Bəs 24-30 avqust tarixlərində hansı bürcü nə gözləyir?
Sfera.az bürc xəbərini təqdim edir:
Qoç
Qoçlar həftə ərzində iş və gündəlik məsuliyyətlərlə daha çox məşğul olacaqlar. Yarımçıq qalan işləri başa çatdırmaq üçün yaxşı fürsət yaranacaq. Lakin münasibətlərdə tələskən qərarlar sonradan peşmanlıq yarada bilər.
Buğa
Buğalar üçün karyera mövzusunda maraqlı inkişaflar mümkündür. Gözlənilməz təklif və ya yeni məsuliyyət gündəmə gələ bilər. Maddi məsələlərdə isə böyük qərar verməzdən əvvəl iki dəfə düşünmək faydalıdır.
Əkizlər
Əkizlərin diqqəti ünsiyyət, iş və gələcək planlara yönələcək. Gözlənilməz bir xəbər əvvəllər verdiyiniz qərara yenidən baxmağınıza səbəb ola bilər. Həftənin sonu sizin üçün mühüm düşüncə mərhələsi olacaq.
Xərçəng
Xərçənglər üçün ailə və maliyyə məsələləri ön plana çıxır. Yaxınlarınızla bağlı gözlənilməz məsələ gündəmə gələ bilər. Emosiyalara qapılmadan hərəkət etsəniz, həftəni daha rahat keçirə bilərsiniz.
Şir
Şirlər üçün planlarda dəyişiklik ehtimalı var. Gözlədiyiniz nəticəni ilk cəhddə əldə etməsəniz, ruhdan düşməyin. Alternativ yol seçmək sizə daha böyük uğur gətirə bilər.
Qız
Həftənin ən güclü bürclərindən biri Qız olacaq. Günəşin Qız bürcündə olması və Merkurinin də bu bürcə keçməsi şəxsi məqsədlər, iş və planlama baxımından üstünlük yarada bilər. Özünüzlə bağlı mühüm qərar vermək üçün əlverişli zamandır.
Tərəzi
Tərəzilər üçün münasibətlərdə balans yaratmaq əsas məsələ olacaq. Qarşı tərəfin uzun müddətdir demədiyi sözlər ortaya çıxa bilər. Maliyyədə isə lazımsız xərclərdən uzaq durmaq məsləhətdir.
Əqrəb
Əqrəblərin sosial çevrəsində canlanma gözlənilir. Yeni insanlarla tanışlıq və maraqlı əməkdaşlıq imkanları yarana bilər. Lakin həftənin sonunda emosional qərarlardan çəkinmək lazımdır.
Oxatan
Oxatanların diqqəti karyera və gələcək hədəflərə yönələcək. Səyahət, təhsil və yeni planlarla bağlı maraqlı imkan yarana bilər. Pul məsələsində tələsməmək vacibdir.
Oğlaq
Oğlaqlar üçün avqustun son günləri səbir tələb edəcək. Bəzi işlər planlaşdırıldığından fərqli istiqamətə gedə bilər. Lakin bu dəyişiklik uzunmüddətli perspektivdə yeni imkanların qapısını aça bilər.
Dolça
Dolçaların münasibətlərində mühüm söhbətlər gündəmə gələ bilər. Uzun müddətdir təxirə salınan bir məsələ artıq qərar tələb edəcək. Sosial həyatda isə yeni tanışlıqlar mümkündür.
Balıqlar
Həftənin ən diqqətçəkən bürcü Balıqlar olacaq. 28 avqustda Balıqlar bürcündə Ay tutulması baş verəcək. Astroloji şərhlərə görə, bu hadisə Balıqlar üçün şəxsi həyat, münasibətlər və gələcəklə bağlı mühüm qərarların başlanğıcı ola bilər. Köhnə bir mərhələni bağlayıb yenisinə keçmək istəyi güclənə bilər.
Bəsti Rəfizadə






