Stress müasir dövrün bəlası deyilmiş: Orta əsrlərin "acedia" xəstəliyi

Stress müasir dövrün bəlası deyilmiş: Orta əsrlərin "acedia" xəstəliyi
Kateqoriya məlum deyil
T

Stress və zehni tükənmə müasir dövrün əsas problemlərindən biri hesab olunsa da, bu hisslərin orta əsrlərdə də geniş yayıldığı məlum olub.

Sfera.az xəbər verir ki, tarixçi Peter Consun araşdırmasına görə, həmin dövrdə insanların yaşadığı yorğunluq, ümidsizlik, diqqət dağınıqlığı və heç nə etmək istəməmək kimi hallar bu günkü tükənmə sindromu ilə oxşar olub.

Araşdırmada V əsrdə yaşamış xristian mütəfəkkiri Con Kassianın yazılarında bu vəziyyətə dair təsvirlərə diqqət çəkilir. Kassian insanlarda yorğunluq, işdən uzaqlaşmaq istəyi, zehni qarışıqlıq və yuxuya sığınmaq arzusunun müşahidə edildiyini qeyd edib.

Tarixçi Peter Cons isə bu mövzuya öz təcrübəsindən sonra maraq göstərib. O, Sibirdə Tümen Universitetində çalışdığı dövrdə dil çətinliyi, soyuq hava və ailəsindən uzaqlıq səbəbindən ciddi emosional çətinlik yaşadığını bildirib. Cons həmin dövrdə öz hisslərinin orta əsr mətnlərində təsvir edilən vəziyyətlərlə oxşar olduğunu görüb.

Mütəxəssis orta əsr düşüncəsində insanın mənəvi və emosional problemlərinin “Yeddi Ölümcül Günah” çərçivəsində izah edildiyini qeyd edir. Qürur, paxıllıq, qəzəb, tənbəllik, tamahkarlıq, acgözlük və şəhvət bu anlayışın əsas hissələrini təşkil edib.

Xüsusilə “acedіa” anlayışı müasir zehni tükənmə ilə oxşarlığı baxımından diqqət çəkir. Orta əsr müəllifləri bunu sadəcə tənbəllik deyil, emosional boşluq, qayğı göstərə bilməmək və insanı əvvəllər sevindirən şeylərə qarşı marağın itməsi kimi təsvir ediblər.

Consun fikrincə, orta əsrlərdə insanların bu problemlərlə mübarizəsi də müəyyən mənada müasir terapiyaya bənzəyib. Keşişlər insanları danlamaq əvəzinə, onların yaşadığı problemləri araşdıran və səbəbləri üzə çıxarmağa yönələn söhbətlər aparıblar.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR