2010-cu ilin dəbi geri qayıdıb - FOTO

2010-cu illərdə populyar olan baskalı geyimlər yenidən dəbə qayıdıb.
Sfera.az xəbər verir ki, bu barədə “The Sun” yazıb.
Baskalı geyimlərdə bel hissəsinə geniş büzmə və ya volan əlavə olunur. Bu detal don, yubka, bluz və ya pencəklərdə istifadə edilə bilər. Moda redaktorlarının fikrincə, baskalar qadın fiqurunu vizual olaraq daha incə göstərir və bəzi bədən xüsusiyyətlərini gizlətməyə kömək edir.
Bir müddət əvvəl dəbdən düşən və hətta zövqsüz hesab edilən bu detal 2026-cı ildə yenidən moda dünyasına qayıdıb.
Bunun sübutu kimi Fransanın “Dior” moda evinin Parisdə keçirilən payız-qış kolleksiyası nümayiş etdirilir. Bundan başqa, son vaxtlar məşhurların da baskalı geyimlərə üstünlük verdiyi diqqət çəkir.
Belə geyimlərdə Böyük Britaniya şahzadəsi Uilyamın həyat yoldaşı Keyt Middlton, müğənni Teylor Svift və aktrisa Enn Heteuey də görüntülənib.
Qeyd edək ki, may ayında 2010-cu illərdə dəbdə olan atlas baletkaların və üzərində yazılar olan futbolkaların da yenidən aktuallaşdığı bildirilmişdi.
İnci







