Keçmiş və indiki həyat yoldaşları dalaşdı - Kişi huşunu itirdi

Kateqoriya məlum deyil
T
Misir millisinin baş məşqçisi Hossam Hasanın keçmiş həyat yoldaşı Huveyda və hazırkı həyat yoldaşı Dan-Adam dalaşıb.
Sfera.az xəbər verir ki, hadisə Misirdə hotellərin birində baş verib.
Belə ki, baş məşqçi Dan-Adamla birlikdə hoteldə dincələrkən keçmiş həyat yoldaşı Hüveyda ora gəlib. Xanımlar dalaşrkən məşqçi onları ayırmağa çalışıb və bu zaman huşunu itirib.
Polis hadisə yerinə gələrək tərəfləri ayırıb.
Qeyd edək ki, Hossam Hassan bu ilin yayında keçirilən dünya çempionatındakı çıxışları ilə məşhurlaşmışdı. O, DÇ-nin 1/8 finalında Argentinaya 2:3 uduzduqları matçdan sonra FİFa-nı cənubi amerikalılara kömək etməkdə ittiham etmişdi./Qafqazinfo





