Batmış gəmidən inanılmaz tapıntı – FOTOLAR

Batmış gəmidən inanılmaz tapıntı – FOTOLAR
Kateqoriya məlum deyil
T

La-Manş boğazının dibində 162 ildir su altında qalan “Guinness” pivəsi aşkar edilib. Viktoriya dövründən qalan şüşə 1864-cü ildə batan Britaniya yelkənli gəmisinin qalıqları arasında tapılıb.

Sfera.az xəbər verir ki, dalğıc tərəfindən üzə çıxarılan şüşənin içərisindəki pivə hələ də qalır.

Mütəxəssislər onun tərkibini və insan üçün təhlükəsiz olub-olmadığını araşdırmağı planlaşdırırlar.

Əgər laboratoriya yoxlamaları içkinin təhlükəsiz olduğunu göstərsə, şüşəni tapan dalğıc 162 illik “Guinness”in dadına şəxsən baxmaq niyyətindədir.

Lakin tapıntının alimlər üçün daha maraqlı tərəfi pivənin özündən çox onun tərkibində qala biləcək qədim maya göbələkləridir. Tədqiqatçılar şüşədən XIX əsrə aid mayanı əldə etməyə və onun köməyi ilə həmin dövrdə istehsal edilən “Guinness”in dadını yenidən yaratmağa çalışmaq istəyirlər.

Beləliklə, müasir texnologiyaların köməyi ilə təxminən bir əsr yarım əvvəl insanların içdiyi pivənin mümkün qədər orijinal dadının bərpası nəzərdə tutulur.

Layihəyə artıq diqqətçəkən ad da verilib – “Jurassic Beer”, yəni “Yura dövrünün pivəsi”./musavat


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR