Sevgisini sözlərlə deyil, kiçik jestlərlə göstərən 3 bürc

Bəzi insanlar sevgilərini böyük və təmtəraqlı romantik jestlərlə deyil, gündəlik həyatdakı kiçik, lakin mənalı davranışlarla göstərirlər. Bir dəfə üşüdüyünüzü söylədiyinizi xatırlamaq, sevdiyiniz qəlyanaltını almaq və ya xarab olmuş əşyanızı siz demədən təmir etmək onların sevgisini ifadə etmə üsullarından biridir.
Astroloji yanaşmaya görə, bəzi bürclər də sevgilərini məhz bu şəkildə nümayiş etdirirlər. Onlar diqqətli, düşüncəli və qayğıkeş davranışları ilə seçilirlər.
Qız bürcü
Qız bürcü sevgisini daha çox sözlərlə deyil, əməlləri ilə göstərir. Partnyorunun ehtiyaclarını diqqətlə müşahidə edən Qız onun kiçik vərdişlərini və gündəlik çətinliklərini asanlıqla fərq edə bilir.
Xarab olmuş əşyanı təmir etmək, yorucu bir gündən sonra partnyorunun işlərini yüngülləşdirmək və ya daha əvvəl qeyd etdiyi bir ehtiyacı xatırlamaq Qız bürcünün sevgi ifadə etmə yolları sırasında yer alır.
Bu səbəbdən Qızın hisslərini anlamaq üçün dediklərindən çox, etdiklərinə diqqət etmək lazımdır.
Tərəzi bürcü
Tərəzi sevgisini daha romantik və zövqlü jestlərlə göstərməyə üstünlük verir. Münasibətlərdə harmoniya və qarşı tərəfin xoşbəxtliyinə önəm verən Tərəzi partnyorunu sevindirmək üçün kiçik sürprizlər hazırlaya bilər.
Gözlənilmədən alınan bir dəstə gül, sevilən qəlyanaltı, yorucu günün sonunda birlikdə film izləmək təklifi və ya yazılmış kiçik bir qeyd Tərəzinin romantik jestləri arasında ola bilər.
Onun üçün romantika yalnız xüsusi günlərlə məhdudlaşmır. Adi bir günü belə partnyoru üçün daha özəl etmək Tərəzinin münasibətlərdə fərqləndirən xüsusiyyətlərindən biri hesab olunur.
Xərçəng bürcü
Siyahının ilk pilləsində isə Xərçəng bürcü qərarlaşıb. Onu digər iki bürcdən fərqləndirən əsas xüsusiyyət emosional həssaslığıdır.
Xərçəng partnyorunun söylədiyi kiçik detalları uzun müddət yadda saxlaya bilər. İlk görüşdən qalan fotoşəkli çərçivəyə saldırmaq, xüsusi bir xatirəni hədiyyəyə çevirmək və ya bir neçə gün əvvəl dilə gətirilmiş ehtiyacı qarşılamaq onun üçün təbii davranışdır.
Xərçəngin qayğıkeş tərəfi xüsusilə ev həyatında özünü göstərir. Sevdiyi insan üçün yemək hazırlamaq, evdə şirniyyat bişirmək və ya üşüdüyünü deyən partnyoru üçün isti və rahat şərait yaratmaq onun sevgisini göstərmə üsullarından hesab olunur./demokrat






